Sizin reklam burada
Sizin reklam burada

Sürücülərin DİQQƏTİNƏ! - Qanunsuz parklanmalarla bağlı təxliyə işləri bu ÜNVANLARda keçiriləcək

Sürücülərin DİQQƏTİNƏ! - Qanunsuz parklanmalarla bağlı təxliyə işləri bu ÜNVANLARda keçiriləcək



Əvvəlcədən məlumat verildiyi kimi, yaxın günlərdə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması - təxliyə xidmətinə başlanılacaq.
Bakı Nəqliyyat Agentliyi sürücülərin məlumatlandırılması məqsədi ilə ilkin olaraq təxliyə işlərinin həyata keçiriləcəyi ünvanları elan edib.

Qanunpress.com bildirir ki, agentlikdən Trend-ə verilən məlumata görə, bu ünvanlar vətəndaşlar müraciətləri və aparılan müvafiq təhlillər nəticəsində müəyyən edilib. Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir.

Bakı şəhərinin inzibati ərazisində qanunsuz parklanmalar səbəbindən tıxac və sıxlıq yaranan ərazilər

S/s

Küçə/prospekt

Ərazi


M.Hadi küç.

Əhmədli m/st. ətrafı


Qara Qarayev pr.

8-ci km bazarının qarşısı


Qara Qarayev pr.

Neftçilər m/st. - Dakar meydanının ətrafı


B.Çobanzadə küç.

Şadlıq saraylarının qarşısı


Bakı Dairəvi yolu - Zaqulba şos.

Bilgəh kordioloji sanatoriyasının qarşısı


Şəhər şossesi(Sabunçu-Zabrat yolu)

Yerüstü piyada keçidinin yanı


Sakit Qocayev küçəsi

Bakıxanov T\M-nin ətrafı


Heydər Əliyev pr.

Qala yoluna dönən hissə (Rahat marketin qarşısı)


Əli İsazadə küç. (Binə qəs.)

Mərkəz


Heydər Əliyev pr.

Koroğlu m/st. ətrafı


Xocalı pr.

Xətai m/st.qarşısı


Nobel pr.

ASAN Xidmətin qarşısı


Afiyəddin Cəlilov küç.

"Megafun"ın qarşısı


Neftçilər prospekti

Prospekt boyu


28 May küç.

23 nömrəli məktəbin qarşısı


Dilarə Əliyeva küç.

ADNSU-nin yanı


Xəqani küç.

Küçə boyu


Nizami küç.

Küçə boyu


K.Kazımzadə küç.

Zooparkın qarşısı


F.X.Xoyski pr.

Gənclik Mall-un qarşısı




Ağa Nemətulla küç.

Nərimanov Rayon Məhkəməsinin qarşısı


Təbriz küç.

Metropark T\M. və Nərimanov metro stansiyasının qarşısı


M.K.Atatürk pr.

Ayna Sultanova heykəlinin yanı


Ak.H.Əliyev küç.

Asan xidmətin qarşısı


Moskva pr., Müzəffər Həsənov küç., Rövşən Cəfərov küç.

20 Yanvar m/st ətrafı


Rövşən Cəfərov, Alı Mustafayev, Cavadxan küçələri

3-cü mkr. dairəsinin ətrafı


Alı Mustafayev küç.

3-cü mkr. bazarının qarşısı


Cavadxan küç., Hüseynbala Əliyev küç.

Memar Əcəmi m/st. ətrafı


Rəşid İsmayilov küçəsində

Biləcəri dairəsi


Moskva pr.

"Şamaxinka" adlanan ərazi


H.Zərdabi pr.

Topçubaşov adına xəstəxananın qarşısı


A.Salamzadə küç.

Yasamal Rayon Polis İdarəsinin yanı


A.M.Şərifzadə küç.

İnşaatçılar m/st. ətrafı və ASAN xidməti


Əsəd Əhmədov küçəsi

Bizim marketin qarşısı


Hüseyn Cavid pr.

Elmlər Akademiyası m/st. ətrafı


Abdulla Şaiq küç.

Statistika dairəsi


C.Cabbarlı küç.

"Caspian Plaza"-nın qarşısı


Süleyman Rəhimov küçəsi

Bakı Slavyan Universiteti


Süleyman Rüstəm küçəsi

Süleyman Rəhimov küçəsi ilə kəsişməsi


Ş.Bədəlbəyli küç.

Azadlıq pr. ilə kəsişmə


S.S.Axundov küç.

Azadlıq m/st. ətrafı


Əcəmi Naxçıvani küçəsi

Küçə boyu



  • Sosial şəbəkədə paylaş