Sizin reklam burada
Sizin reklam burada

Bakıda 41 dərəcə isti var?

Bakıda 41 dərəcə isti var?


“Hazırda paytaxtda, ümumilikdə, 33-38 dərəcə aralığında istilik müşahidə olunur”.

Bu sözləri Qanunpress.com-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib. O bildirib ki, yollarda, dayanacaqlarda ölçülən temperatur dəmirin, asfaltın istisinə görə daha yüksək dərəcə göstərir.
“Sürücülərimiz, vətəndaşlarımız dərəcəni 40-41 dərəcə görə bilərlər. Ancaq bu halda narahat olmalı məqam yoxdur”.

Qeyd edək ki, vətəndaşlarda olan bir çox ölçmə cihazlarının havanın temperaturunu 41-42 dərəcə göstərməsi əhalidə narhatlıq yaradıb.

  • Sosial şəbəkədə paylaş