
Prezident İlham Əliyevin rus və iranlı həmkarları ilə üçtərəfli görüşü ola bilər.
Qanunpress.com-un “Vestik Kavkaza”ya istinadən verdiyi xəbərə görə, bu haqda Xarici işlər naziri Elmar Məmmədyarov açıqlama verib. Onun sözlərinə görə, ölkə liderləri avqust ayında Moskvada bir araya gələ bilər: “Rusiyada baş tutacaq Azərbaycan, İran və Rusiya sammiti ilə bağlı rəsmi dəvət almışıq. Görüş vaxtının əvvəl avqustun 15-i, sonra isə 14-ü olacağı deyildi. Bizim nə cavab verdiyimizi qayıdanda dəqiqləşdirməliyəm”.
Elmar Məmmədyarov onu da qeyd edib ki, üçtərəfli format çox yaxşı təşəbbüsdür: “Bu, elə layihədir ki, burada hamı qalib çıxır və hamı bu məsələdə maraqlıdır”.
