Sizin reklam burada
Sizin reklam burada

Nazir Ağcabədidə vətəndaşları qəbul edəcək

Nazir Ağcabədidə vətəndaşları qəbul edəcək




Elm və təhsil naziri Emin Əmrullayev dekabrın 19-u Ağcabədi şəhərində vətəndaşları qəbul edəcək.
Qəbulda Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər, Bərdə, Ağdərə, Laçın, Kəlbəcər sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri dekabrın 10-u saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-2 və 146-6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.

Bununla yanaşı, nazirliyin rəsmi saytının “https://edu.gov.az/az/contact_us” bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ