Sizin reklam burada
Sizin reklam burada

Baş prokuror Nəsimi rayonunda qəbul keçirdi - Tapşırıqlar verdi

Baş prokuror Nəsimi rayonunda qəbul keçirdi - Tapşırıqlar verdi




Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nəsimi rayon prokurorluğunun inzibati binasında Nəsimi rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda 38 nəfər iştirak edib.

Vətəndaşların müraciətləri əsasən konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair olub.

Baş prokuror qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq tapşırıqlar verib.

  • Sosial şəbəkədə paylaş