Sizin reklam burada
Sizin reklam burada

Bakıdakı 211 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri dərsə niyə getmir

Bakıdakı 211 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri dərsə niyə getmir



Təhsil sahəsinin gələcək nəslin yetişməsində əvəzsiz olduğu hər kəsə məlumdur. Boş yerə deyilməyib ki, bir milləti məhv etmək üçün öncə onun düşünən beyinlərini və savadlı kütləsini yox etmək lazımdır. Gələcək isə təhsil ocaqlarından, bağça və məktəblərdən başlayır. Çünki məhz təhsil ocaqlarında təlim-tərbiyə ön plana çıxır. Bu iş isə zəhmətkeş, dürüst və peşəsini vicdanla görən müəllimlərin üzərinə düşür. Lakin təəssüflər olsun ki, hələ də Azərbaycanın təhsil sahəsini uçuruma aparan, sağlam gələcək yetişdirmək əvəzinə gələcəyimizi məhv etməyə səy göstərən “pedaqoq”lara da rast gəlinir. Özü də ən təhlükəli məqam ondan ibarətdir ki, bu cür “pedaqoq”ların əksəriyyəti məktəblərdə rəhbər vəzifələrdə təmsil olunurlar. Bu rəhbərlər isə “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət edərək təhsil müəssisələrini bərbad vəziyyətə qoyurlar. Beləcə gələcək nəsillərimiz məhv edilir. Əksər məktəblərin yuxarı sinifləri, məktəb direktoru ilə "razılaşaraq" repetitor hazırlığına getdikləri üçün demək olar ki məktəblərə gəlmirlər.Paytaxtda isə bəzi valideynlər öz övladlarını yuxarı siniflərdə repetitor hazırlığına yönəltmək üçün kənd məktəblərinə şagird yerdəyişməsi edirlər. Hətta buna görə məktəb direktorlarına yüksək məbləğdə rüşvət verildiyinə dair də iddialar var."Orta ümumtəhsil müəssisələrinin yuxarı siniflərində təhsil alan şagirdlər ali məktəbə hazırlaşmaq üçün repetitorlara üz tutur. Baş verən hallar göstərir ki, yuxarı siniflərdə təhsil alan şagirdlərin adları məktəbdə, özləri hazırlıq kurslarındadır. Şübhəsiz ki, məktəb direktorları bunun qarşılığında valideynlərdən şirinlik alırlar.
Özbaşınalığın, qanunsuzluğun tüğyan etdiyi təhsil müəssisəsinin biri də Bakı şəhər Nəsimi rayonu 211 nömrəli tam orta məktəbidir. Hər halda bu barədə iddianı adının açıqlanmasını istəməyən mənbə səsləndirib və məlumatları redaksiyamıza göndərib .Mənbənin bildirdiyinə görə 10-11 sinif şagirdlərinin əksəriyyəti məktəb direktoru ilə "razılaşaraq" repetitor hazırlığına getdikləri üçün demək olar ki məktəblərə gəlmirlər. Bakı şəhəri üzrə Təhsil idarəsinin əməkdaşları qəfil monitorinq keçirsələr bu deyilənlərin şahidi olarlar. Burada ibtidai siniflərdə də müxtəlif ad altında pul yığımı adi hala çevrilib.
Bildiyimiz kimi Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.Müvafiq qanunvericiliyə uyğun olaraq məntəqə üzvi olan müəllimlər 29 noyabr 2024-ci il tarixdən, 03 fevral 2025-ci il taridxə qədər dərsdən azad olunurlar. Məntəqə üzvi olan 211 saylı müəllimlərin dərslərinin deyilişində,dərslərinin hansı müəllimə təhkim olunmasında və əmək haqlarının "ödənişində" ciddi problemlər vardır.
Bu haqda daha ətraflı növbəti yazımızda...

Əyalətmedia.az

  • Sosial şəbəkədə paylaş