
“Azərbaycan Avtomobil Yolları” QSC-nin 28 №-li Yol İstismar "MMC”-nin direktoru Kərəm Məmmədrzayevin haqqında axtarış elan etdikdə, internet resurslarında əsasən “Qazaxda Kərəm Məmmədrzayevə dur deyən olacaqmi?”, “Əli İnsanovla adı hallanan məmir: Qazaxda Kərəm Məmmədrzayev asfaltdan necə pul çıxarır”, “Qazaxın “asfalt kralı” Kərəm Məmmədrzayevə cinayət işi açıla bilər”, “Qazağın baş oliqarxı Kərəm Məmmədrzayevin özbaşınalıqları”, “Kərəm və Fərmayıl Məmmədrzayev qardaşları Qazaxda "at oynadırlar"” sərlövhəli tənqidi məqalələr üzə çıxır.
Hələ dörd il bundan əvvəl informasiya yayılmışdı ki, Kərəm Məmmədrzayev Ağstafacay hövzəsinin Qazax ərazisində qurmuş olduğu "Qum-Çınqıl "sexini 28 Saylı Yol İstismar idarəsinin texnikasını, yük maşınlarını, yanacağını və eləcə də maaşları adı çəkilən idarədən alınan işçi qüvvəsini istismar etməklə hədsiz dərəcədə varlanıb. Bakı-Tibilisi trassının sağ kənarında uzun illərdir Kərəmin idarəçiliyində olan "Palıd” restoranı az bir müddət ərzində rəhbərlik etdiyi idarənin texnikası və işçi qüvvəsinin vasitəsi ilə sökülərək, yenidən inşasına başlanıldı, yolun kənarına doğru qalınlığı bir metr civarında olan agaclar kəsilərək, ekskovatorlar vasitəsi ilə çıxarılıb gizlədilib və yerində otel tikildi.
Başqa bir sahədə isə K.Məmmədrzayev həyat yoldaşının adına tam sənədləşdirilməmiş Ağstafaçay hövzəsinin Qazax ərazisində yerləşən hissəsində 1,5 ha-lıq sahədə on-on bir illik ağacaları kütləvi sürətdə rəhbərlik etdiyi idarənin texnikası və işçiləri vasitəsi ilə köklərindən çıxararaq, özünə yeni bir qazanc sahəsi yaratdı. Ona görə ki, həmin sahənin üzbə-üzündə Kərəm Məmmədrzayevin böyük asvalt zavodu var. Üzərində bitmiş olan meşəni də ona görə alıb qırdırıb ki, altında zəngin qum-çınqıl yatağı var. Məsələ burasındaydı ki, Kərəmin qırıb məhv etdiyi meşələrə nəzarət etməli adam Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin Qazax rayonu üzrə müfəttişi Fərmayıl Məmmədrzayevdir. Deməli, Qazax rayonunda qardaşı tərəfindən ağacların məhv edilməsini gerçəkləşdirən cinayətkarın doğma qardaşı müfəttiş Fərmayıl Məmmədrzayev qardaşının bu əməllərinə nəinki göz yumur, hətta, ört-basdır edib.
İki il əvvəl mediada yayılan məlumatlarda bildirilirdi ki, Kərəm Məmmədrzayevin Bakı şəhər sakini olan həyat yoldaşı Məmmədrzayeva Fiqura Vahid qızının icarəsinə verilən ərazidə 5,0 ha su fondu torpaqlarının təxminən 1,5 ha hissəsində yerləşən diametiri 32-36 sm-dən 4(dörd) ədəd söyüd, 28 sm-dən 3 (üç) ədəd qovaq,12-14 sm-dən 5 (beş) ədəd söyüd və 2 (iki) ədəd qovaq ağaclarının maşın mexanizimlə kökündən çıxarılaraq, məhv edilib. Ərazidə torpaq hamarlama işləri aparılan zaman diametirləri 12, 16, 32 sm-dən umumilikdə 3 (üç) ədəd söyüd ağaclarının zədələndiyi müəyyən olunub. Yaşıllıqların məhv edilməsi və zədələnməsi nəticəsində təbiətə (yaşıllığa) 3200,00 (üç min iki yüz ) manat məbləğində dəymiş ziyan hesablanıb.
İndi isə gəlin görək, Kərəm Məmmədrzayevin korruptiv əməlləri, qohumbazlığı bu gün hansı həddə çatıb. 10 saylı Qərb Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-yə isə Kərəmin qaynı Abdulla rəhbərlik edir. Baldızı oğlu Alı Mərdalıyevi Ağstafa Yol İdarəsinin rəisi vəzifəsinə irəli çəkdirib. Qazaxda xeyli iaşə obyekti olan Kərəm Məmmədrzayev kimi Alının da Bakıda bir neçə evi var. “Ocaq” restoranlarını da Kərəm işlədir. Bildirilir ki, “Ocaq” şəbəkəsinə aid Bakıdakı restoranlar AAYDA-nın idarə heyətinin sədr müavini, “əmək” ordenli Əvəz Qocayevə işləyir. Obyektlərinin idarəçiliyini Kərəmin əqrəbası həyata keçirdiyinə görə, Əvəz Qocayev də onlara himayədarlıq edir. Bu işdəycələrin çoxundan da sədr Saleh Məmmədovun xəbəri yoxdur. Məlumatlarda qeyd olunur ki, himayədarının gücünə arxalanan K.Məmmədrzayev heç Qazağın icra başçısını da saymır, başçının yanında keçirilən kabinet iclaslarına gəlmir. Qazax rayonunun yollarının vəziyyəti qeyri-qənaətbəxş olsa da, bu hal K.Məmmədrzayevi qətiyyən narahat eləmir. Çünki məhz Ə.Qocayevin əli ilə daha iri layihələr K.Məmmədrzayevə “pas ötürülür”.Əlbəttə ki, sərf eləməz.

P.S.Məlumatda o da, bildirilir ki, Əvəz Qocayevlə Kərəm Məmmədrzayevin əsas gəlir mənbəyi Gəncəbasar zonasının bütün yol təmir işlərinin və yaşıllaşdırma işlərində olan maxinasiyalardan gələn gəlirdir. Əlbətdə ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Maliyyə Nazirliyinin yoxlaması şəffaf aparılsa da da çox yeyintilərin üstünü aça bilərlər./İntertv.az.
