
Daxili işlər naziri cənab Vilayət Eyvazovun müvafiq əmri ilə Qəbələ rayon polis şobəsinə rəis təyin olunmuş polis polkovniki cənab Fəxrəddin Abbasovun nümunəvi fəaliyyəti nəticəsində Qəbələ rayon polis şöbəsinin şəxsi heyəti arasında nizami xidmətin təşkili ümumi ictimai təhlükəsizliyin və asayişin yüksək səviyyədə təmin olunması ilə müşayiət olunur.
Cənab Fəxrəddin Abbasovun əsas hədəflərindən biri cinayət hadisələrinin baş verməməsi və vaxtında qarşısının alınmasına istiqamətlənmiş polis fəaliyyətinin yüksək səviyyədə təşkili və modernləşdirilməsi məsələsidir. Hal-hazırda Qəbələ rayon hüquq mühafizə orqanı əməkdaşları tərəfindən həyata keçirilən yüksək səviyyəli nizami xidmət sayəsində sakinlər və Qəbələyə gələn turistlər olduqca rahat və arxayın şəraitdə yaşayırlar.
Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində magistral yollara yaxın məsafələrdə bəzi işbazlar tərəfindən qanunsuz təşkil olunmuş küçə ticarətinin qarşısı alınmaqla yanaşı və bu cür halların gələcəkdə baş verməməsi məqsədilə Qəbələ RPŞ tərəfindən vətəndaşlar arasında maarifləndici profilaktik tədbirlər həyata keçirilmişdir. O, cümlədən polis-vətəndaş münasibətləridə etik davranış kodeksi çərçivəsində qürurverici səviyyədə formalaşaraq inkişaf etdirilir.
Qəbələ rayon polis şöbəsinin rəisi cənab Fəxrəddin Abbasovun nümunəvi fəaliyyəti nəticəsində əvvəlki dövrlərdə baş vermiş cinayət hadisələrinin üstünün açılması istiqamətindədə aidiyyatı üzrə işin təşkili yüksək səviyyədə təmin olunmuşdur.
Qəbələ rayon polis şöbəsinin şəxsi heyəti tərəfindən bir sıra cinayət hadisələrinin qarşısı vaxtında və dəqiq alınmaqla bir qrup cinayətkar isti izlərlə məsuliyyətə cəlb olunmuş, inzibati hüquqpozma əməllərinə görə isə müvafiq istiqamətdə tədbirlər həyata keçirilmişdir.
Qəbələ rayon polis şöbəsinin rəisi cənab Fəxrəddin Abbasov ən qısa müddətdə xalqın hörmət və sevgisini qazanmaqla yanaşı vətəndaşlarda aydın sezilən bir arxayınlıq və rahatlıq yaratmışdır. Cənab F. Abbasovun əzmkar və nümunəvi xidməti sayəsində əvvəlki dövrlərdən üstü bağlı qalmış cinayət əməllərinin ifşa olunması nəticəsində bir neçə narkotacir və digər ağır cinayət hadisələri törətmiş şəxslər toplanmış materiallar, sübutlar və faktlar əsasında qanunamüvafiq qaydada zərərsizləşdirilərək barələrində qanunun tələblərinə uyğun tədbirlər həyata keçirilmişdir.
Qəbələ rayon polis şöbəsinin yol polisi bölməsi tərəfindəndə yol hərəkətinin təşkili və təhlükəsizliyin təmin olunması istiqamətində işin təşkili yüksək səviyyədə həyata keçirilir.
Odur ki, Qəbələ rayon sakinlərinin sevimlisi, Qəbələ rayon polis şöbəsinin rəisi, polis polkovniki cənab Fəxrəddin Abbasova bundan sonrakı fəaliyyətində də uğurlar və yeni-yeni nailiyyətlər arzu edirik.
Elnur Mahmudov
