Redaksiyamıza Cəlilabad rayonun Ağdaş kənd sakinlərinin verdiyi məlumata görə, uzun müddət meşə sahəsində işləyib qırıntı ilə işdən çıxan, 70 yaşdan çox yaşı olan Faiq Cavadov Göytəpə meşəbəyliyinin 12 saylı dolayına açıq-aşkar "kurasiyalıq" edir. Bu qoca əmi nəyisə meşədən əlçəkmək istəmir.
Faiqin qardaşı oğlu, oğlu, kürəkəni sözügedən dolayda gözətçi işləyib və əksəriyyəti qırıntı ilə işdən çıxıb. Elə bil, 12 saylı dolay Faiqin ailəsinə "vəqf" olunub.
Demək olarki bütün sülaləsi bu dolayda işləyib.
El arasında 12 saylı dolay "Faiqin dolayı" adıyla tanınır.
Faiq kişi hər il həmin dolayın 70 hektardan çox biçənək pulların yığıb yeyir ( 20 hektarın tək özü biçib aparır),
meşələrdəki qiymətli ağac cinslərin kəsdirib satdırır.
Nazir və Nazirlikdən gələn nümayəndələrin qarşısına Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbər vəzifəli işçiləri, Faiq kişini çıxardır.
Faiq isə gələnlərə "papos" və "şablon" sözlər ilə "bəytərifi" deyir: " Meşələrimizdə vəziyyət əvvəlki illərə nisbətən çox yaxşıdır, qırıntılar azalıb və s."
Şikayətçilər onu da qeyd edir ki, Faiq kişi hər il olduğu kimi bu ildə sözügedən dolayda 10 hektarlarla kənd təsərrüfatı bitkiləri əkdirib. Halbuki dövlət meşə fondunda k/t bitkilərinin əkilməsi qəti qadağandır.
Son dəfə sözügdən dolayda gözətçi Faiqin qardaşı oğlu Natiq Salayev işləyib və bir aya yaxındır ki tutduğu vəzifədən azad edilib.
Faiq 25 iyul 2023-cü il tarixdə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxan oğlun gətirib yenidən onu həmin dolaya gözətçi verdirmək istəyir.
Bu həqiqətən də biyabırçı bir vəziyyətdir.
Qarşı tərəfin mövqeyin həmişəki kimi dinləyib dərc etməyə hazırıq.
