Sizin reklam burada
Sizin reklam burada

Şuşa şəhərinə ekskursiya

Şuşa şəhərinə ekskursiya





"Məlahətli Ana "Uşaqlara Yardım İctimai Birliyi tərəfindən Azərbaycan Respubilkasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Agentliyinin maliyyə dəstəyilə həyata keçirilən "Tarixi və mədəni irsin təbliği " layihəsi yekunlaşdırılmışdır.Layihə çərçivəsində 90 nəfər şəhid və qazi ailələri Şuşa şəhərinə ekskursiyalar keçirilib.
Ekskursiya iştirakçıları Şuşa şəhərinə ilk öncə Gövhərağa məsçidində şəhidlərimizin ruhuna dualar oxudular .Sonra dahi şairimiz Vaqifin məqbərəsi ziyarət edildi. Cıdır düzünə qalxan iştirakçılar igidlərimizin qanı , canı bahasına başa gəlmiş Şuşa şəhərinin azad olunması nə qədər yüksəkliyə qalxmaları heyrətləndirdi və qürurlandırırdı . Şəhid anaları övladlarının şəhid olduğu yerlərə gül ləçəkləri səpdilər . Yolun nə qədər ağır olmasına baxmayaraq iştirakçılar Şuşa şəhərində gedən bərpa işlərilə yaxından tanış olmaq üçün Qoşa Qala tarixi kompleksinə yollandılar. Yolda bulaqların buz kimi suyundan içdilər . Erməni vandalizminin qurbanlarından olan dəmir parçası kimi satılmış Bülbülün , Xurşud Banu Natəvanın və Üzeyir Hacıbəyovun dəmir büstləri Ulu Öndər Əliyev tərəfindən 1993- ildə geri alınaraq Bakıya , 2021-ci ildə isə Ali Baş Komandanımız İlham Əliyevin sərəncamı ilə öz yerlərinə Şuşa şəhərinə qaytarılmışdır. İştirakçılar bu büstləri böyük fəxarət hissi ilə seyr edirdilər.
Şuşa şəhərinə ekskursiya
Şuşa şəhərinə ekskursiya
Şuşa şəhərinə ekskursiya
Şuşa şəhərinə ekskursiya
Şuşa şəhərinə ekskursiya
Şuşa şəhərinə ekskursiya

  • Sosial şəbəkədə paylaş