Sizin reklam burada
Sizin reklam burada

Sumqayıt Şəhər Memarlıq Və Tikinti Şöbəsinin Müdiri Adil Xudadatovun Mülklərinin Siyahısı – FOTOLAR

Sumqayıt Şəhər Memarlıq Və Tikinti Şöbəsinin Müdiri Adil Xudadatovun Mülklərinin Siyahısı – FOTOLAR






Sumqayıt şəhər Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Adil Xudadatovla bağlı rəsmi qurumlara şikayət edilib.
Xəbəral.az xəbər verir ki, bu barədə Sumqayıtda fəaliyyət göstərən sahibkarlar məlumat verib.
Məlumata görə, baş memarın öz səlahiyyətlərini aşması, qanunsuz tələbetmələr, öz maraqlarına görə bəzi iş adamlarına süni maneələr yaratması, eyni zamanda tikinti-arxitektura qaydalarını kobud şəkildə pozması ənənə halını aldığından artıq ciddi narazılığa səbəb olub.
Şikayətçilər iddia edir ki, A.Xudadatov hətta bəzən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı adından da sərəncamlar verir, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərini mənimsəyir:
“Baş memar bu əməllərini daha çox icra başçısı səhhəti ilə bağlı məzuniyyətdə olduğu vaxtlarda həyata keçirir. Tikinti işlərinə nəzarətin gücləndirilməsinə, bu səlahiyyətin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilməsinə baxmayaraq, A.Xudadatov hansısa yollarla bu əməllərini davam etdirir. Yəni onun icazəsi olmadan heç kim Sumqayıtda daşı daş üstünə qoya bilməz”.
İddia olunur ki, Sumqayıt şəhərində aparılmış bütün qanunsuz tikintilərə “icazəni” birbaşa A.Xudadatov verir. Hətta özünün səlahiyyəti çatmadığı tikinti işlərinə də müdaxilə etmək, icazə almaq kimi məsələləri də yalnız baş memar həll edir. Yəni sistem elə qurulub ki, baş memarın şifahi və yaxud da yazılı rəyi olmadan Sumqayıtda iş görmək müşkülə çevrilib.
A.Xudadatovun adı həm də köhnə binaları zədələyərək, əlavə qapıların açılması, yaşayış binalarının birinci mərtəbələrinin obyektlərə çevirmək üçün konstruksiya dəyişiklilərində də hallanır. Bu da bəzən ikinci, üçüncü mərtəbələrdə yaşayan sakinlərin haqlı narazılıqlarına səbəb olur. Çünki konstruksiya dəyişikliləri bəzən köhnə binaların zədələnməsinə, yük saxlamaq gücünün zəifləməsinə səbəb olur. Və yaxud da bu kimi dəyişikliklər nəticəsində açılan obyektlər yaşayış binasının funksiyası ilə tərs-mütənasiblik təşkil edir. Belə olan halda da bina sakinlərinin narazılıqları baş qaldırır.
Baş memarın bu fəaliyyəti onu zəngin bir adama çevrib.
İddia olunur ki, o özünün və yaxınlarının adına rəsmiləşdirilmiş milyonluq daşınmaz əmlaklara sahibdir.
Şikayətçilər A.Xudadatova məxsus olan obyektlərin siyahısını və fotolarını da göndəriblər.
Onların bəzilərini təqdim edirik:
Sumqayıt Şəhər Memarlıq Və Tikinti Şöbəsinin Müdiri Adil Xudadatovun Mülklərinin Siyahısı – FOTOLAR

1. Bakı şəhəri, 28 May küçəsi, “Neptun” marketin üstündə yerləşən mənzillər;

2. AAFF Yaşayış Kompleksində mənzillər;

3. Sumqayıt şəhəri, 21-ci məhəllədə villalar;

4. Sumqayıt Memarlıq İdarəsinin qarşısındakı 14 mərtəbəli binanın yaxınlığında yeni tikilən 4 mərtəbəli bina;
Sumqayıt Şəhər Memarlıq Və Tikinti Şöbəsinin Müdiri Adil Xudadatovun Mülklərinin Siyahısı – FOTOLAR

5. Yenə eyni ünvanda “Repaprik Pab” (icarədə);

6. 43-cü məhəllədə “Kammet” klinikasının yanında tikilməkdə olan 5 mərtəbəli bina;

7. Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən mebel mağazası (icarədə);

8. Sumqayıt şəhəri, 6-ci mikrorayonda yerləşən “Taxılçı” restoranı və onun yanında “Təndir evi” (icarədə);
Sumqayıt Şəhər Memarlıq Və Tikinti Şöbəsinin Müdiri Adil Xudadatovun Mülklərinin Siyahısı – FOTOLAR

9. Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən bir neçə mağaza;

10. Sumqayıt şəhəri 17-ci mikrorayonda yerləşən “5 fəsil” adlanan 4 mərtəbəli qeyri-yaşayış sahəsi…

Sumqayıt Şəhər Memarlıq Və Tikinti Şöbəsinin Müdiri Adil Xudadatovun Mülklərinin Siyahısı – FOTOLAR
Sumqayıt Şəhər Memarlıq Və Tikinti Şöbəsinin Müdiri Adil Xudadatovun Mülklərinin Siyahısı – FOTOLAR
Sumqayıt Şəhər Memarlıq Və Tikinti Şöbəsinin Müdiri Adil Xudadatovun Mülklərinin Siyahısı – FOTOLAR
Xəbəral.az xəbər verir ki, A.Xudadatov saytların birinə açıqlamasında bildirib ki, deyildiyi sayda olmasa da, müəyyən qədər daşınmaz əmlaka sahibdir:
“Mən kasıb adam deyiləm. Bir neçə obyektim var. Amma onlar mənim səlahiyyətlərimdən istifadə və ya hansısa korrupsiya əməliylə əldə olunan mülklər deyil. Mən bu sahədə işləməzdən əvvəl bizneslə məşğul olmuşam. Onlar da həmin vaxt alınıb. Sumqayıtda çox obyektlər mənim adıma çıxılır. Bunlar yalan söhbətlərdi. Bilirsiz, mən bu şəhərdə böyümüşəm, dost-tanışlar çoxdu. Kimsə nəsə tikmək istəyəndə məndən xahiş edir ki, onlara kömək edim. Mənbə: (axar.az)

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

  • Sosial şəbəkədə paylaş