
"Mən Əhmədov Amil Rəsul oğlu 2007-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşam. 2011-ci ildə leytenant hərbi rütbəsi almışam". DİA.AZ bildirir ki, bu sözlər redaksiyamıza daxil olan müraciətdə yer alıb.
Müraciət müəllifi daha sonra bildirir:
ƏVVƏLİ BURADA: Kərəm Mustafayev Azərbaycana NECƏ ZİYAN VURUB... - NİSYƏ KAZARMA TİKİNTİSİ VƏ...
DAVAMI: "Hər bir zabit üçün bir il ön xəttdə və iki il hərbi hissədaxili xidmət olduğu halda məni iki il ön xəttdə, bir il də hərbi hissədaxili xidmətə məcbur etdilər. 2019-cu ildə mən taqım komandiri idim və rütbə vaxtımdan keçirdi deyə cənab polkovnik Vəli Nadirov məni yanına çağırdı. Məni tanıdığını, xidmətimdə qüsur olmadığını bildirərək mənə yeni vəzifə və rütbə almağım üçün söhbət apararaq cənab Komandan qarşısında vəsatət qaldıraraq məni 2019-cu ildə "N" saylı hərbi hissəyə təyin olundum və Cənab Nazir tərəfindən mənə kapitan hərbi rütbəsinə əmrim gəldi.
Həmin vaxt hərbi hissə komandiri polkovnik Gülməmmədov Mehman Fərman oğlu idi və hərbi tribunalda mənə şəxsi heyətin qarşısında əmr verərək təqdimat üçün çağırdı, hərbi rütbəmi verdikdə mənə "bunu sənə iki-üç aylıq verirəm, alacam" dedikdə mən "Azərbaycan Respublikasına xidmət edirəm" dedikdən sonra "mənə bu rütbəni Cənab Nazir verib" dedim və öz sıramda durdum.
Zaman keçdi, polkovnik Gülməmmədovu ƏÜOK-nın müavini, polkovnik Rzayev Mübarizi isə hərbi hissə komandiri vəzifəsinə verdilər. Ondan sonra hərbi hissə komandirinə və Kadrlar şöbəsinin rəisi mayor Məmmədov İsmət tərəfindən tapşırılaraq məndə cüzi nöqsanlar tutularaq cəzalar yazılmağa başladı və kiçik zabitlərin şərəf məhkəməsi keçirilərək kapitan hərbi rütbəm əlimdən alınaraq baş leytenant rütbəsinə endirildim.
Bir müddət keçdikdən sonra bir daha mənə şərəf məhkəməsi keçirildi və mənim hərbi xidmətə uyğunsuz olaraq tərxis olmağıma qərar verdilər. Təbii ki polkovnik Gülməmmədov üçün pis idimsə niyə məni əvvəldən Ordu sıralarından tərxis etmədilər, yeni hərbi vəsifə kadrlar bölmə rəsinin köməkçisi və yeni hərbi rütbəyə layiq görüldüm... Polkovnik Gülməmmədov Komandan müavini keçdikdən sonra Komandan General polkovnik Kərəm Mustafayevin icazəsi ilə mən və mənim kimi bir neçə zabiti ordu sıralarından tərxis etdilər və tapşırılaraq mene aid olan otağı və otaqımdakı avadanlıqları maaşımdan tutularaq ceza verdilər... Halbuki hər bir avadanlıq stol, stul, şkaf, rəf kreslom təzə idi və qanunla mənim adımda deyil qərargah bölüyünün üstündə gedirdi... Hər bir qərargahda olan avadanlıqlar və mən zabit kimi 10 il hərbi xidmətdə olduğum üçün hərbi hissəyə və ordu qərargahına məktubla müraciət etdim ki, məni öz xahişimlə ehtiyata buraxsinlar...
Ancaq mənim məktubum sentyabr ayının 11-də gəldiyi halda sentyabrın 18-nə kimi saxlanılaraq tərxis əmrimi gözlətdilər və sentaybrın 18-i tərxis əmrim gələrək mənə 3 gün vaxt verdilər, dedilər ki, "evi təhvil ver get Naxcıvandan..." Mən borc-xərc edərək Naxcıvandan çıxdım və hec bir yerdə məni işə qəbul etmirlər ki sən "156 c" bəndi ilə hərbi xidmətə yararsizsan...
Bütün bu faktlarla bağlı maddi imkanımın olmaması səbəbindən məhkəmələrə müraciət edə bilməmişəm və dia.az vasitəsilə hüquqlarımın bərpasını ölkə rəhbərliyindən, Ali Baş Komandandan xahiş edirəm".
Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
ZƏRURİ QEYD: Kərəm Mustafayevin daha bir neçə qurbanı redaksiyamıza məktubla müraciət edib. Onların da gileylərini yaxın günlərdə diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin...
