Bakı Slavyan Universitetinə rektor təyin edildi - SƏRƏNCAM
gundem
18-02-2022, 12:14
378
Anar Rüstəm oğlu Nağıyev Bakı Slavyan Universitetinin rektoru təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. Xatırladaq ki, A.Nağıyev bu təyinatadək BSU-nun rektor əvəzi idi.