Sizin reklam burada
Sizin reklam burada

NEFT ŞIRKƏTINDƏ MILYONLAR BELƏ MƏNIMSƏNILIR. “28 MAY” ADINA NQÇİ-NIN RƏISININ «XADIMƏ SEVGISI”

NEFT ŞIRKƏTINDƏ MILYONLAR BELƏ MƏNIMSƏNILIR. “28 MAY” ADINA NQÇİ-NIN RƏISININ «XADIMƏ SEVGISI”
NEFT ŞIRKƏTINDƏ MILYONLAR BELƏ MƏNIMSƏNILIR. “28 MAY” ADINA NQÇİ-NIN RƏISININ «XADIMƏ SEVGISI”
NEFT ŞIRKƏTINDƏ MILYONLAR BELƏ MƏNIMSƏNILIR. “28 MAY” ADINA NQÇİ-NIN RƏISININ «XADIMƏ SEVGISI”





Xeyli müddət bundan öncə bəzi media qurumlarında “28 May” adına NQÇİ—də baş verən biabırçılıqlarla, hər cür qanunsuzluqlarla və s. bağlı tənqidi məqalələr işıq üzü görərkən, bəlkə də kimlərsə elə düşünürdülər ki, adı çəkilən bu idarəyə rəhbərlik edən və özünü bir növ kollektiv üzvlərinə “foron” obrazında təqdim edən cənab rəis Zaur Bağırov, son vaxtlara kimi qol qoyduğu əməllərindən birdəfəlik əl çəkəcək.
Amma, atalar demişkən: “Sən saydığını say, gör fələk nə sayır”. Bəli, atalar düz deyib. Yəni, bu şəxs heç bir halda yazılanlara əhəmiyyət vermədi və illər keçdikcə 28 May” adına NQÇİ-nin rəisi özünə “arxa-dayaq” axtarışına çıxdı, getdikcə mövqelərini möhkəmləndirdi və belə bir səbəbdən də o, aylar-illər ötdükcə, sanki “toxunulmaz şəxs”ə də çevrildi. Odur ki, bu gün hər kəs rəis Zaur Bağırovun “bədxassəli əməllər”indən danışır, bu şəxsin ştat cədvəli üzrə NQÇİ-nin Mənzil-Kommunal Təsərrüfatındaxadimə vəzifəsini daşıyan Yulyana Çelqaliyevaya və “Çilov” adasındakı “Təzə Xəstəxana”da xadimə işləyən Sona İmanovaya verdiyi külli-ixtiyardan bəhs edir. Deryaz.az-ın redaksiyasına çatdırılan məlumatlara görə, rəis Zaur Bağırovla xadimə Yulyana Çelqaliyeva arasında olan hansısa “isti münasibət”in varlığı səbəbindən, NQÇİ—nin rəhbəri tabeliyində çalışan bu xanımın şəhərdə olan mənzilini (mənzil Pirallahıdadır) təmir etdirmək üçün, bir müddət bundan öncə Mənzil-Kommunal Təsərrüfatının beş nəfərdən ibarət briqadasının həmin ünvana ezam olunması yöndə müvafiq tapşırığını verir. Yəni, Zaur Bağırovun verdiyi tapşırıq əsasında beş nəfərdən ibarət briqada dənizdəki işindən ayrılır və Yulyana Çelqaliyeva məxsus mənzildə təmir işlərinin həyata keçirilməsinə cəlb olunurlar. Hansı ki, həmin günlərin iş saatlarında briqada əməkdaşları dənizdə olmalı və onlara həvalə olunmuş işləri yerinə yetirməli idilər. Deryaz.az-a çatdırılan başqa bir məlumata görə NQÇİ—nin rəhbəri “Çilov” adasındakı “Təzə Xəstəxana”da xadimə işləyən Sona İmanovaya da oxşar münasibətini sərgiləyir. Qeyd edək ki, “Çilov” adasında çalışan hər kəs, o cümlədən Sona İmanova da koronavirus (COVİD-19) infeksiyasının yayılması səbəbindən işə getməzdən öncə hoteldə qalmalı, lazımi prosedurları keçdikdən sonra işə çıxmalıdırlar. Bu belə olmalı olduğu halda, adı çəkilən bu xanım NQÇİ rəisinin verdiyi “xüsusi səlahiyyət” əsasında heç zaman hoteldə qalmır. Yəni, dolaşan söz-söhbətlərə görə Sona İmanova yalnız bir dəfə burundan və ağız boşluğundan yaxma analizi verir və bundan sonra o, sərbəst şəkildə işə gedib-gəlir. Bu da onu söyləməyə əsas verir ki, Zaur Bağırovla xadimələr arasında əmələ gələn “isti münasibət”in varlığı, həm kollektiv üzvlərinin müzakirə etdiyi mövzulardan birinə çevrilir, həm də onların qarşısında daim “yaşıl işığın” yanmasına səbəb olur.
NQÇİ rəhbərinin qol qoyduğu qanunsuzluqlar, heç də bütün bunlarla yekunlaşmır. Yəni, daxil olan məlumatlara görə Zaur Bağırov bacısı oğlunu NQÇİ—nin Mənzil-Kommunal Təsərrüfatının Yaşıllaşdırma sahəsində bağban vəzifəsinə təyin etsə də, idarə rəisinin bacısı oğlu heç zaman iş başında tapılmır. Elə ki, baş idarədə çalışan mühasiblərdən hansısa biri məzuniyyətə çıxır, o halda idarə rəisinin imzaladığı daxili əmr əsasında həmin mühasibin işlərini aparmaq səlahiyyəti Zaur Bağırovun bacısı oğluna həvalə olunur. Bu şəxs də, məhz ona həvalə olunan işləri aparmaqla ayda təqribən 1700-2000 manat məbləğində maaş alır. Amma, onu da qeyd edək ki, idarə rəisinin bacısı oğlu hansı ay ərzində mühasib işlərini aparıbsa, həmin ayda “bağban işlədiyinə” görə dövlətdən maaş almır. Yəqin ki, bu cür addımın atılması Zaur Bağırovun özünü sığortalamağa hesablamış olduğu addımı olur. NQÇİ rəisinin qaynı Natiq Cəfərov isə, 6 saylı Dərin Dəniz Özülündə Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Şöbəsində böyük mühəndis vəzifəsini daşıyır. Bu şəxs 2021-ci ilin avqust-oktyabr ayları ərzində ƏM və TTŞ-də rəis müavini əvəzi vəzifəni icra etsə də, o, heç bir halda işə çıxmır. Yəni, idarənin tərtib olunmuş iş qrafikinə əsasən Natiq Cəfərov işdə olmur. Bütün bunlar da onu təsdiq edir ki, NQÇİ-nin rəisi rəhbərlik etdiyi sahədə daim qohumbazlıq amilini qabardır və özünə bağlı olan şəxslərə lazımi şərait yaratmaqla məşğul olur.
Əldə etdiyimiz başqa bir ilginc məlumata görə, NQÇİ—nin Mənzil-Kommunal Təsərrüfatında xadimə vəzifəsini daşıyan Yaqut və Vəfa Hüseynovaların da, Zaur Bağırovla “isti münasibətləri” yarandıqdan sonra, hər iki xanımın bəxti “birdənbirə gül açır” və çox keçmir ki, onlar da “toxunulmaz şəxs”ə çevrilirlər. Məsələn, Yaqut Hüseynova ştat cədvəli üzrə xadimə vəzifəsində çalışsa da, o, ona verilmiş külli-ixtiyardan əməlli-başlıca yararlanmağı bacarır. Yəni, bu xanım Zaur Bağırovun verdiyi şifahi səlahiyyətdən yararlanaraq Mənzil-Kommunal Təsərrüfatında əyləşir və müəyyən şəxslərə “ötkəm tapşırıqlar”ını verməklə məşğul olur. Vəfa Hüseynovaya gəldikdə bu xadimə xanım isə, Mənzil-Kommunal Təsərrüfatının hansı işçisi məzuniyyətə çıxırsa, o halda həmin şəxsin daşıdığı vəzifəni icra edir və yüksək məbləğdə əmək haqqı almağı da müyəssər olur.
Bütün bunlar onu göstərir ki, “28 May” adına NQÇİ-də hər cür anarxiyanın, hər cür qanunsuzluqların baş verməsinin kökündə, idarə rəisi Zaur Bağırovun qanunların aliliyinə gözucu baxması olur. Yəni, bəlkə də bu şəxs öz-özlüyündə hesab edir ki, paytaxt Bakının əlçatmaz, ünyetməz bir ərazisində bu cür idarəçiliyini həyata keçirib olmazın hoqqalara qol qoysa da, bir kimsə ona “qaşın üstə qara var” deməyəcək. Qeyd edək ki, idarə rəisi daha çox xadimə ştatında çalışanlarla işbirliyinə girir, yaxın qohum-əqrəbasına daim “yaşıl işıq” yandırır, bir sözlə büdcə vəsaitlərini ustalıqla mənimsəməyi bacarır. Belə bir səbəblər üzündəndir ki, NQÇİ-i rəisinin adı müəyyən çevrələrdə “xadimə rəis” deyə hallanır və tam əksəriyyətin müzakirə etdiyi mövzularından birinə də çevrilir.
P.S. Məqalədə dərc olunan faktlarla bağlı Zaur Bağırovun mövqeyini də öyrəndik. O, deyilənləri cəfəngiyyat adlandırdı. Neft Şirkətinə göndərdiyimiz məktuba da cavab ala bilmədik. Odur ki, yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq.

  • Sosial şəbəkədə paylaş