
Qanunpress.com "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, ölkənin Müdafiə naziri Hulusi Akar 27 fevralda başladılan əməliyyatın uğurla davam etdirildiyini bildirib.
Onun sözlərinə görə, indiyədək 1 PUA, 8 helikopter, 203 tank, 72 top, 3 hava hücumundan müdafiə sistemi və 2212 rejim hərbçisi məhv edilib.
"Rusiya ilə qarşı-qarşıya gəlmək kimi nə niyyətimiz, nə də məqsədimiz var. Məqsədimiz rejimin qətliama son verməsinə nail olmaqdır"- deyə o, qeyd edib.
