Sizin reklam burada
Sizin reklam burada

Yeraltı dayanacaqları sığınacaqlara çevirəcəklər






Tehran hakimiyyəti yeraltı dayanacaqların şəhər sakinləri üçün sığınacaqlara çevrilməsi haqqında qərar qəbul edib.

“Qafqazinfo” İranın SNN nəşrinə istinadən xəbər verir ki, bu barədə Tehran meriyasının rəsmi nümayəndəsi Əbdülmüttahir Məhəmmədhani açıqlama verib.
“Hazırda bu məsələ ilə bağlı zəruri normaların müəyyən edilməsi üçün bir sıra tədbirlər görülür”, - o bildirib.

Xatırladaq ki, iyunun 8-də İran İsrailə ballistik raketlər atıb. İsrail isə İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri endirib.

  • Sosial şəbəkədə paylaş