Sizin reklam burada
Sizin reklam burada

Tramp Pensdən əl çəkmək istəmir

Tramp Pensdən əl çəkmək istəmir


Donald Tramp 2020-ci ildəki prezident seçkilərinə vitse-prezident Mayk Penslə birlikdə gedəcəyini bildirib.
“RİA Novosti” xəbər verir ki, bu barədə o özü açıqlama verib.
ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi jurnalistlərin suallarını cavablandıran Tramp Pensdən məmnun olduğunu və onun çox yaxşı vitse-prezident olduğunu qeyd edib.
Qeyd edək ki, seçki öncəsi hələlik Respublikaçılar partiyasından Donald Trampın ciddi bir alternativi yoxdur. Vitse-prezidenti seçmək isə prezident namizədinin səlahiyyətində olan məsələdir.

  • Sosial şəbəkədə paylaş