Sizin reklam burada
Sizin reklam burada

İran ABŞ üçün şərtini açıqladı

 İran ABŞ üçün şərtini açıqladı


Vaşinqton razılığa qayıdacağı təqdirdə Tehran Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) ilə bağlı tənzimləmələrin aspektlərini müzakirə etməyə hazırdır.
Bunu İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Ravançi TASS-a müsahibəsində söyləyib.
“ABŞ üçün HBFP-yə və danışıqlara qayıtmaq daha yaxşıdır”, - deyə o bəyan edib. Məcid Taxt-Ravançinin sözlərinə görə, bu vəziyyətdə İran müzakirələr üçün hazırdır.
Xatırladaq ki, rəsmi Tehran yanvarın 5-də nüvə proqramına dair sazişdən qəti şəkildə imtina etdiyini və bu sahədə gələcək fəaliyyətlərində heç bir məhdudiyyətin olmayacağını bildirmişdi.

  • Sosial şəbəkədə paylaş