Sizin reklam burada
Sizin reklam burada

Qərbi Azərbaycan vilayətində İran hərbçilərinə hücum olub

Qərbi Azərbaycan vilayətində İran hərbçilərinə hücum olub


İranın qərbində silahlıların hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun üç hərbi qulluqçusu həlak olub.
“Mehr” agentliyi xəbər verir ki, hücum İranın Qərbi Azərbaycan vilayətində, Piranşahr şəhərində baş verib.
Qeyd olunur ki, silahlılar hərbi nəqliyyat vasitəsini atəşə tutub. Nəticədə üç hərbi qulluqçu öldürülüb, daha bir nəfər yaralanıb.

  • Sosial şəbəkədə paylaş