Sizin reklam burada
Sizin reklam burada

Moskvada vəziyyət necədir? – Bir nəfər polis bölməsində damarlarını doğrayıb

Moskvada vəziyyət necədir? – Bir nəfər polis bölməsində damarlarını doğrayıb


27 iyulda Moskva meriyasının qarşısında keçirilən kütləvi aksiyada saxlanılan “Xalq Müqavimət Dərnəyi”nin mətbuat katibi Nikita Zaytsev intihara cəhd edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “Radio Svobodo”ya onun dostları məlumat veriblər.

Mənbələrin sözlərinə görə, Zaytsev polis bölməsində damarlarını doğrayıb. O, Sklifosovsk adına institutun təcili yardım bölməsinə yerləşdirilib, vəziyyəti stabildir.

Xatırladaq ki, ötən şənbə günü Moskvada müxalifətçi namizədlərin bələdiyyə seçkilərinə buraxılmamasına etiraz olaraq icazəsiz aksiya keçirilib. Kütləvi mitinqdə təxminən 700 jurnalist və bloqqer olmaqla ümumilikdə 3 min 500 nəfər iştirak edib. Nəticədə, 1400-ə yaxın nümayişçi saxlanılıb, onlardan 152 nəfəri indiyə qədər polis bölməsindədir.

  • Sosial şəbəkədə paylaş