
Suriyanın cənubundakı Suveyda şəhərində minalanmış motosikletin partlaması nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, partlayışın baş verdiyi Kanavat küçəsi hər zaman insan ilə dolu olur, yaxınlıqda kilsə də var.
