Sizin reklam burada
Sizin reklam burada

Poroşenkonun əmlakına həbs qoyula bilər

Poroşenkonun əmlakına həbs qoyula bilər


Ukraynanın eks-prezidenti Petro Poroşenkonun əmlakına iyun ayında həbs qoyula bilər.
Hüquqşünas Andrey Portnov dediyinə görə, bunu etmək üçün, baş prokurordan başqa, heç bir hüquqi maneyə yoxdur.
Daha əvvəl isə Dövlət İstintaq Bürosu Portnovun bəyanatı əsasında Poroşenkoya qarşı bir neçə cinayət işi açmışdı. Ukraynanın eks-prezidenti isə açıqlamasında heç bir cinayət işindən qorxmadığını bildirmişdi.
Portnov may ayında Poroşenkonu dövlətə xəyanətdə ittiham edərək, ona qarşı cinayət işinin açılmasını tələb etmişdi. Hüquqşünas fikrini Kerç hadisələri ilə əsaslandırmağa çalışmışdı.

  • Sosial şəbəkədə paylaş