Sizin reklam burada
Sizin reklam burada

Dünyada ilk hərbi internet yaradılacaq

Dünyada ilk hərbi internet yaradılacaq


Almaniya və Niderland Müdafiə nazirləri dünyada ilk hərbi internetin yaradılmasına dair anlaşma imzalayıb.
Qanunpress.com “ZDNet”ə istinadən xəbər verir ki, layihə “Tactical Edge Networking” (TEN) adlanacaq. TEN-in ştab-mənzili Almaniyanın Koblens şəhərində, dizayn mərkəzi isə Niderlandın Amersfort şəhərində yerləşəcək.
İlkin mərhələdə TEN vasitəsilə alman ordusunun yerüstü əməliyyatları ilə Niderland Müdafiə Nazirliyinin “FOXTROT” proqramı arasında bağlantı yaradılacaq.

TEN-in yaradılması hər iki ölkəyə bir neçə milyon avroya başa gələcək.

  • Sosial şəbəkədə paylaş