Sizin reklam burada
Sizin reklam burada

Roma Papası qaraçılardan üzr istədi


Roma Papası qaraçılardan üzr istədi

Roma Papası Fransisk Rumıniyaya səfəri zamanı qaraçılara üz tutaraq onlardan üzr istəyib.
Blaj şəhərində qaraçı icması ilə görüş zamanı Papa katolik kilsəsinin onları əsrlər boyu təqib etdiyini etiraf edib.
Fransisk deyib ki, qaraçılara qarşı ayrıseçkilik qəbulolunmazdır. O, katolik kilsəsinin bu xalqa qarşı irəli sürdüyü siyasəti səhv adlandırıb və onlardan üzr istəyib.

  • Sosial şəbəkədə paylaş