Sizin reklam burada
Sizin reklam burada

Türkiyədə 119 hərbçi ömürlük həbs aldı

Türkiyədə 119 hərbçi ömürlük həbs aldı


Ankara məhkəməsi dövlət çevrilişinə cəhddə təqsirləndirilən 119 hərbçini ömürlük həbsə məhkum edib.

Məhkum olunmuşlar sırasında cevriliş gecəsi dövlət obyektlərinə bombalar atan hərbi pilotlar da var. Onlar üst-üstə 6-dan 29 dəfəyə qədər ömürlük həbslə cəzalandırılıblar.
29 dəfə ömürlük həbsə məhkum olunanlardan biri sabiq HHQ polkovnikı Uğur Kaptandır. Çevriliş zamanı o, həbs olunan baş qərarqah rəisi Xulusi Akarı hərbçilər tərəfindən tutulmuş prezident sarayına çatdırıb.

  • Sosial şəbəkədə paylaş