
ABŞ-ın dövlət katibi Mayk Pompeo dövlət departamentinə İrana müqavimət göstərmələri üçün İordaniya, Səudiyyə Ərəbitanı və BƏƏ-yə silah satışı üzrə 8,1 milyard dollarlıq müqaviləni təsdiqləməyə göstəriş verib.
Qanunpress.com bildirir ki, bu barədə dövlət departamenti tərəfindən yayılan məlumatda deyilir.
“Bu satışlar müttəfiqlərimizə Yaxın Şərqdə stabilliyi bərkitməyə dəstək olacaq və bu ölkələrin İran İslam Respublikasından müdafiə olunmağına kömək edəcək”,- deyə Pompeo bildirib.
