
Soçidə Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət katibi Mayk Pompeo arasında görüş başlayıb.
RİA Novosti-nin verdiyi məlumata görə, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Seygey Narışkin və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov iştirak edirlər.
Görüş zamanı Putin ABŞ-la münasibətlərin düzələcəyinə ümid etdiyini bildirib:
“Trampla bu yaxınlarda baş tutan söhbətimiz zamanı məndə belə təəssürat yarandı ki, o ABŞ-la Rusiya arasında münasibətlərin bərpa olunmasında maraqlıdır”.
