Sizin reklam burada
Sizin reklam burada

Kanadada təyyarə yanacaq daşıyan avtomobillə toqquşdu

Kanadada təyyarə yanacaq daşıyan avtomobillə toqquşdu




Kanadada pis hava şəraitinə görə, uçuş zolağına enən təyyarə yanacaq daşıyan yük avtomobili ilə toqquşub.
RİA Novosti-nin məlumatına görə, Toronto Beynəlxalq Hava Limanında gecə saatlarında “Air Canada Jazz” təyyarəsi yanacaq daşıyan yük avtomobili ilə toqquşub. Hadisə zamanı təyyarədə 51 nəfər olub. Qəza nəticəsində 2 pilot, bir stüardessa və 2 sərnişin xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Yanacaq daşıyan maşının sürücüsünə təhlükəli idarəetməyə görə cinayət işi açılıb.

  • Sosial şəbəkədə paylaş