
Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağın cənub-şərq hissəsində yerləşən hərbi hissələrdən birində erməni hərbi qulluqçusu güllə yarası alıb. Xəstəxanaya yerləşdirilən 1998-ci il təvəllüdlü Aqanik Qarnnikoviç Zoroqlyanın vəziyyəti ağırdır.
Panarmenian.net-ə xəbər verir ki, hadisə döyüş postunda baş verib və əsgər Azərbaycan tərəfində açılan atəş nəticəsində yaralanıb.
Bir çox erməni KİV-lərində onun hərbçi yoldaşı tərəfindən güllələndiyi bildirilib.
Faktla bağlı istintaq aparıldığı bildirilir.
