Sizin reklam burada
Sizin reklam burada

Britaniya parlamenti “Brexit” üzrə saziş layihəsini yenə rədd etdi

Britaniya parlamenti “Brexit” üzrə saziş layihəsini yenə rədd etdi



Britaniya parlamentariləri Avropa İttifaqı (Aİ) ilə “Brexit” barədə saziş layihəsini qəbul etməyib.
RİA-Novosti xəbər verir ki, 391 deputat baş nazir Tereza Mey tərəfindən təqdim edilən layihənin əleyhinə, 242-si isə lehinə səs verib.
Qeyd edək ki, fevral ayında Böyük Britaniya parlamentinin İcmalar Palatası Tereza Mey hökumətinin ölkənin Avropa İttifaqından çıxmasının (Brexit) şərtlərinə dair təklif etdiyi yeni texniki sənədi rədd etmişdi.
Parlament yanvar ayında Tereza Meyin “Brexit”lə bağlı təklif etdiyi sənədi də qəbul etməmişdi.

  • Sosial şəbəkədə paylaş