Sizin reklam burada
Sizin reklam burada

Ərdoğan Bərzanini qəbul etdi






Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürd Regionunun rəhbəri Nəçirvan Bərzanini qəbul edib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüş Prezident Administrasiyasının binasında mətbuata qapalı şəkildə baş tutub.

Qeyd edək ki, görüşdə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.

  • Sosial şəbəkədə paylaş