
Rusiya Prezidenti Vladimir Putin Donald Trampı prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik etməyi planlaşdırmır.
Bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb.
Onun sözlərinə görə, Putinin Trampı təbrik etmək planları barədə məlumatı yoxdur: “Unutmayaq ki, söhbət birbaşa və dolayı yolla dövlətimizə qarşı müharibəyə cəlb olunmuş dost olmayan ölkədən gedir”.
