Sizin reklam burada
Sizin reklam burada

2029-cu ildə Rusiya ilə müharibəyə hazır olmalıyıq:Almaniya RƏSMİSİ

2029-cu ildə Rusiya ilə müharibəyə hazır olmalıyıq:Almaniya RƏSMİSİ




“2029-cu ildə Rusiya ilə müharibəyə hazır olmalıyıq”.
Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaqdakı çıxışında deyib.

O bildirib ki, bu məqsədlə ordunun döyüş hazırlığı səviyyəsi daha da yüksəldilməlidir.

Nazir həmçinin Almaniyada müddətli həqiqi hərbi xidmətin yenidən tətbiqini istisna etməyib:

“Regionda vəziyyətin daha da gərginləşməməsi üçün 2029-cu ildə müharibəyə hazır olmalıyıq. Bu məqsədə nail olmaq üçün həlledici məqam maliyyə resursları, müvafiq silah-sursat, eləcə də yüksək döyüş hazırlığı səviyyəsinə malik şəxsi heyətin olması vacibdir. Bu məqsədlə 2011-ci ildən ləğv edilən müddətli həqiqi hərbi xidmət yaxın vaxtlarda yenidən tətbiq oluna bilər”.(“Aussiedlerbote”)

  • Sosial şəbəkədə paylaş