Sizin reklam burada
Sizin reklam burada

Mart ayında İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 18 milyona çatıb

Mart ayında İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 18 milyona çatıb



2024-cü ilin mart ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 17 milyon 671 min 971 nəfər olub.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq 3 milyon 558 min 813 nəfər, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 14 milyon 113 min 158 nəfər təşkil edib.

2024-cü ilin mart ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 731 min 651 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 41 min 670 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 15 faiz artaraq, 689 min 982 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin mart ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin mart ayı ilə müqayisədə 6 faiz artaraq, 120 min 148 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz azalaraq 26 min 435, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 93 min 713 olub.

Bu ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 43 milyon 858 min 984 nəfər, yük dövriyyəsi isə 1 milyon 966 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

  • Sosial şəbəkədə paylaş