Sizin reklam burada
Sizin reklam burada

Ermənistanda keçmiş deputat Antikorrupsiya Komitəsinə çağrılıb

Ermənistanda keçmiş deputat Antikorrupsiya Komitəsinə çağrılıb




Ermənistanın hakim "Vətəndaş müqaviləsi" fraksiyasının keçmiş deputatı Eduard Ağacanyan Antikorrupsiya Komitəsinə çağrılaraq dindirilib.
Bu barədə Ermənistanın "Joğovurd" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, keçmiş deputat Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının keçmiş sədri Aykui Arutyunyana qarşı cinayət işi çərçivəsində dindirilib.

Nəşrin məlumatına görə, cinayət işi çərçivəsində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Mikael Ambartsumyan və Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının keçmiş sədri Aykui Arutyunyan da dindirilib.

Qeyd edək ki, Aykui Arutyunyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açılıb.

  • Sosial şəbəkədə paylaş