Sizin reklam burada
Sizin reklam burada

Ötən il Türkiyə Gürcüstana polad məhsulları ixracını azaldıb

Ötən il Türkiyə Gürcüstana polad məhsulları ixracını azaldıb




Türkiyənin 2023-cü ilin yanvar-dekabr aylarında Gürcüstana polad məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azalaraq, 170,5 milyon dollar olub.

Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Dekabr ayında Türkiyə Gürcüstana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 10 faiz artıraraq, 15,9 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin polad məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalaraq, 14,9 milyard dollara bərabər olub.
Bu ilin dekabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 2,1 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 14,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

  • Sosial şəbəkədə paylaş