
Almaniyanın Rusiyanın Yekaterinburq şəhərindəki konsulluğu bağlanıb.
Bu barədə "Deutsche Welle" məlumat yayıb.
Vurğulanıb ki, bundan əvvəl Kalininqraddakı Baş Konsulluq da fəaliyyətini dayandırıb.
May ayında Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Almaniyadakı 5 baş konsulluğundan 4-nün və Rusiyadakı 4 baş konsulluğundan 3-nün bağlandığını elan edib.
Bununla da Almaniyanın Novosibirsk, Yekaterinburq və Kalininqradda yerləşən diplomatik nümayəndəlikləri fəaliyyətini dayandırıb.
