
Dominikan Respublikasında həftəsonu yağan güclü yağışlar və təbii hadisənin səbəb olduğu daşqınlar nəticəsində azı 27 nəfər həlak olub.
"Report"un məlumatına görə, bu barədə yerli "Hoy" qəzeti xilasetmə xidmətlərinin məlumatlarına istinadən məlumat yayıb.
Bundan əvvəl 21 nəfərin öldüyü bildirilirdi.
Dominikan Respublikasının 780 min sakininin içməli suya çıxışı müvəqqəti məhdudlaşdırılıb. Qeyd edilir ki, 20-dən çox yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib, 8 minə yaxın insan təxliyə edilib. Ölkənin bir sıra regionlarında elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb. Kommunal xidmətlər infrastrukturun təmizlənməsi və bərpası üzərində işləyir.
