Sizin reklam burada
Sizin reklam burada

Rusiyada "An-2" təyyarəsi itdi

Rusiyada "An-2" təyyarəsi itdi





Rusiyanın Çukotka diyarında "An-2" təyyarəsi radarlardan itib.
Rusiya mətbuatı xəbər verir ki, Pevek-Polyarnı-Pevek marşrutu üzrə hərəkət edən təyyarə eniş vaxtı əlaqəyə çıxmayıb.
Təyyarədə biri sərnişin olmaqla 3 nəfər olub. Hazırda operativ axtarışlar aparılır
Operativ xidmətdən verilən məlumata görə, təyyarənin son koordinatları hazırda məlumdur, lakin hələ ki, təyyarəni aşkarlamaq və ya onunla əlaqə qurmaq mümkün olmayıb. Axtrışlara xilasedicilərlə yanaşı könüllülər də qoşulublar.

  • Sosial şəbəkədə paylaş