Sizin reklam burada
Sizin reklam burada

Ağ Ev Konqresdən Ukrayna üçün əlavə vəsait istəməyi planlaşdırır

Ağ Ev Konqresdən Ukrayna üçün əlavə vəsait istəməyi planlaşdırır




ABŞ administrasiyası payızda Konqresə təqdim edilməsi planlaşdırılan Ukraynaya yeni yardım paketi üzərində işləyir.

Qanunpress.com xəbər verir ki, bu barədə “CNN” ABŞ ordusunun komandanı Kristin Vormutun tədarük, logistika və texnologiya üzrə köməkçisi Duqlas Buşa istinadən məlumat yayıb.

Onun sözlərinə görə, administrasiya Konqresin payızda nəzərdən keçirəcəyi paket üzərində işləyir:

“İnanıram ki, biz öz mövqeyimizi açıqlayacağıq və ümid edirəm ki, əlavə maliyyə, xüsusən də Ukraynaya dəstək üçün istehsal və sursatların alınması üçün Konqresdən dəstək alacağıq. Yeni paketin təfərrüatları hələ müəyyən edilməyib”.

  • Sosial şəbəkədə paylaş