Sizin reklam burada
Sizin reklam burada

Rusiyaya məxsus Su-25 vuruldu

Rusiyaya məxsus Su-25 vuruldu



"Şükürlər olsun ki, "Paris 2024" Yay Olimpiya Oyunlarına lisenziya qazandıq. Ən əsası isə erməni rəqibimi məğlub edərək, həm medalı təmin etdim, həm də lisenziya qazandım".
Bunu Azərbaycan boksçusu Murad Allahverdiyev III Avropa Oyunlarının 1/4 final mərhələsində ermənistanlı Hambardzum Hakobyana qalib gəldiyi döyüşdən sonra deyib.
O bildirib ki, bununla kifayətlənmək niyyətində deyil və hədəfi çempionluqdur: “Ən əsası bürünc medalım var. Ancaq bununla kifayətlənmək istəmirəm. Çempion olacağıma inanıram. Əsas hədəfim "Paris 2024"-ün qızıl medalını qazanmaqdır. Azarkeşlərin dəstəyi mənə güc verdi. Sonda qalib gəlib, azarkeşləri sevindirdim”.

  • Sosial şəbəkədə paylaş