Sizin reklam burada
Sizin reklam burada

Rusiya XİN Kremlə hücumla bağlı bəyanat yaydı

Rusiya XİN Kremlə hücumla bağlı bəyanat yaydı





Rusiya Xarici İşlər Nazirliyi Moskva Kremlinə qarşı terror aktı cəhdi ilə bağlı bəyanat yayıb.
Gazeta.ru xəbər verir ki, bəyanatda mayın 3-nə keçən gecə Moskva Kremlinə qarşı pilotsuz uçuş aparatlarının köməyi ilə törədilmiş terror aktlarına cəhdlər qətiyyətlə pislənilib.
Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin terror və təxribat fəaliyyəti görünməmiş şəkildə vüsət alır:
"Onların arxasında mülki infrastruktura və dinc əhaliyə qarşı terror üsullarından istifadəni uzun müddət və şüurlu şəkildə dəstəkləyən Kiyev rejiminin dayandığı şübhəsizdir. 8 oktyabr 2022-ci ildə Krım körpüsünün partladılması, Bryansk, Belqorod və Rostov vilayətlərində qeyri-hərbi hədəflərə hücumlar, çoxsaylı təxribatlar. İndi Moskva. Bu cinayətin ağırlığını Moskva Kremlinin Rusiya dövlətinin başçısının iqamətgahı olması daha da dərinləşdirir. Rusiya prezidentinin həyatına 9 May Qələbə Paradı ərəfəsində sui-qəsdin olması isə neonasist Ukrayna hakimiyyətinin hərəkətlərinin xüsusi həyasızlığını göstərir".

  • Sosial şəbəkədə paylaş