Sizin reklam burada
Sizin reklam burada

Çində zəlzələ nəticəsində 3 nəfər xəsarət alıb

Çində zəlzələ nəticəsində 3 nəfər xəsarət alıb






Çin hakimiyyəti ölkənin cənub-qərbindəki Yunnan əyalətinin Baoşan şəhərində zəlzələ bölgəsindən 11 minə yaxın insanı təxliyə edib.

Qanunpress.com "TASS"a istinadən xəbər verir ki, bu barədə təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə yerli qərargahdan bildirilib.

Onun sözlərinə görə, xilasetmə əməliyyatlarına 2,4 min nəfər cəlb olunub. İlkin hesablamalara görə, zəlzələ nəticəsində 2,8 minə yaxın bina zərər görüb.

Səlahiyyətli orqanlar 38 min nəfərin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görüb. Onlar üçün 34 müvəqqəti sığınacaq yaradılıb.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində ölən olmayıb, 3 nəfər yüngül xəsarət alıb və yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, ötən gün Baoşan şəhərindən 35 kilometr şimal-şərqdə 5,3 bal gücündə zəlzələ baş verib.

  • Sosial şəbəkədə paylaş