Sizin reklam burada
Sizin reklam burada

Ruslar Baxmutun mərkəzinə doğru irəliləyir

Ruslar Baxmutun mərkəzinə doğru irəliləyir




Rusiya ordusu cənubdan və şimal-qərbdən Baxmut şəhərinin mərkəzinə doğru irəliləyir.
Bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) açıqlayıb.
Məlumata görə, Vaqner özəl muzdlu hərbi birləşmələrinin rəhbəri Yevgeni Priqojin martın 27-də Baxmut şəhər şurasından bir kilometr cənub-şərqdə yerləşən 5 saylı məktəbin binasında olub.
Hazırda ruslar Baxmutun tam mərkəzindən bir neçə kilometr aralıdadır.

  • Sosial şəbəkədə paylaş