Sizin reklam burada
Sizin reklam burada

 Muxtar Babayev göstəriş verdi: Beyləqandakı “Talan Gölü” araşdırılır

 Muxtar Babayev göstəriş verdi: Beyləqandakı “Talan Gölü” araşdırılır



“RealMedia.az” olaraq oxucularımıza Azərbaycanda yol inşaat işlərini həyata keçirən “Polat Yol Yapı” türk şirkətinin Beyləqan rayonunun Binnətli kəndində işini görüb qurtarandan sonra miras qoyduğu “göl qədər dərin” problem barədə məlumat vermişdik.

Yazmışdıq ki, şirkətin həndəvərdə dövlət fond torpaqlarında və əhalidən pulla alınan pay torpaqlarında yerin təkinin qanunsuz istismarı yolu ilə yol geyiminin tikintisində istifadə edilmək məqsədi ilə əldə etdiyi qırmadaşı, çınqıl və digər xammalın qazılıb çıxarıldığı yerdə yaranmış böyük bir gölün qurudulması ilə nə şirkət özü, nə də başqa heç kəs qayğılanmayıb. Onu da qeyd etmişdik ki, Beyləqan Rayon İcra Hakimiyyəti və RİH-nin nəzdindəki Fövqəladə Hallar Komissiyası, eləcə də tikintiyə nəzarəti həyata keçirən “Azəravtoyol” Dövlət Agentliyi, Avtomobil yollarının istismara qəbulu üzrə Dövlət Qəbul Komissiyası şirkətdən işi (yolun müvafiq mərhələsini, buraxılış kompleksini) təhvil almamalıydılar və şirkətin gölü qurutmasına nail olmalıydılar. Əks təqdirdə inşasına milyonlarla manat dövlət vəsaiti xərclənən yolun çökməsi labüddür. Qaydaya görə, Dövlət Qəbul Komissiyasının üzvləri sırasında isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də nümayəndəsi olmalıdır, olmuşdur da.

İndi öyrənmişik ki, yazı saytımızda (realmedia.az-red.)gedəndən sonra ETSN artıq hərəkətə keçib və sözügedən məsələlərlə bağlı araşdırmalara başlayıb. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, araşdırma nəticəsində bir məsələ ortaya çıxıb ki, o göl hazırki sahibkarının adına qeyri qanuni olaraq sənədləşdirilib. O da məlim olub ki, “Polat Yol Yapı” şirkətinin sözügedən ərazidə qazıntı işləri aparmasına ümumiyyətlə ETSN-nin icazəsi olmayıb və həmin ərəfədə “Polat” şirkəti ümumiyyətlə işinin həmin mərhələsindən təbii sərvətlərimizi talayaraq əldə etdiyi qanunsuz gəlirə görə vergi ödəməyib.

  • Sosial şəbəkədə paylaş