Sizin reklam burada
Sizin reklam burada

Ümüdvar Məmmədov - şərəfli ömür yolu .

Ümüdvar Məmmədov - şərəfli ömür yolu .



Məmmədov Ümidvar Rəşid oğlu 1959-cu ilin 01 yanvarında Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. 1966-1976-cı orta məktəbi bitirib.
1978-ci ilin may ayından 1980-ci ilin may ayınadək ordu sıralarında xidmət edib. 1981-ci ildə Xankəndi Pedaqoji İnstitututnun Tarix fakultəsinə daxil olub, 1986-cı ildə həmin İnstitutu bitirib. 1986-1990-cı illərdə Xocavənd Rayonunun Qaradağlı kənd tam orta məktəbində tarix müəllimi işləyib.
1990-cı ildə Xocalı rayon Təhsil Şöbəsinə inspektor vəzifəsinə təyin olunub. 1992-ci ilin avqust ayından Təhsil Nazirliyinin göndərişi ilə Xocavənd rayon Təhsil Şöbəsinə Aparıcı məsləhətçi vəzifəsinə təyin olunub. 2016-cı ilin yanvar ayından Xocavənd Rayon Təhsil Şöbəsinə müdir vəzifəsinə təyin olunub.
1993-cü ildən YAP Xocavənd rayon təşkilatının üzvüdür.Müharibə veteranıdır.
Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan verilməməlidir.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Xocavənd rayon Təhsil şöbəsinin müdiri Ümüdvar Məmmədov belə insanlardandır.
Yeganə məmurdur ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Ümüdvar müəllim işlədiyi Xocavənd rayon Təhsil şöbəsinidə təlim-tərbiyənin yüksək səviyyədə təşkilinə , eləcədə təhsildə böyük uğurlar qazanması Ümüdvar müəllimin zəhməti sayəsində başa gəlib.
Bizdə bu çətin və şərəfli işində Ümüdvar müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.

  • Sosial şəbəkədə paylaş