Sizin reklam burada
Sizin reklam burada

İbrahimov Hafiz Məmməd oğlu : ŞƏRƏFLİ ÖMÜR YOLU.

İbrahimov Hafiz Məmməd oğlu : ŞƏRƏFLİ ÖMÜR YOLU.


















İbrahimov Hafiz Məmməd oğlu
(1 aprel 1960-26 noyabr 2025 )

26 noyabr 2025-ci ildə 66 yaşında dünyasını dəyişmiş İbrahimov Hafiz Məmməd oğlu - hörmətli ictimai xadim , peşəkar rəhbər , ixtiraçı , xeyriyyəçi və Azərbaycanın sadiq vətənpərvəri kimi yaddaşlarda qalacaq.

Hafiz İbrahimov 1 aprel 1960-cı ildə Şəmkir şəhərində müəllim ailəsində anadan olmuşdur. O, möhkəm təhsil alaraq 1983-cü ildə Azərbaycan Politexnik İnistitunun mühəndis ixtisası ilə bitirmiş , 1992-ci ildə isə Gəncə Texnologiya İnistitunda ikinci ali təhsilini tamamlamışdır.

Həyatının böyük bir hissəsini Azərbaycanın şərabçılıq sənayesinə həsr edən Hafiz İbrahimov 1989-cu ildən Şəmkir Şampan Şərabları zavodunun direktoru , 2006-cı ildən isə Şəmkir Şampan Şərabları ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində çalışmışdır . O, yalnız rəhbər kimi deyil , həm də yenilikçi mütəxəssis kimi tanınırdı - onun içkiləri üçün musiqili tıxac ixtirası və eksklüziv içkilərin yaradılması sahəsində mühüm işləri vardır.

Hafiz İbrahimovun mühüm nailiyyətlərindən biri Gürcüstan şərabçıları ilə birlikdə yaratdığı “Dostluq“ adlı birgə müəssisədir . Bu müəssisə Azərbaycan - Gürcüstan münasibətlərinin dostluq simvoluna çevrilmişdir.

Böyük iş yükünə baxmayaraq , Hafiz müəllim xeyirxahlığı ilə hər zaman seçilirdi . 80-cı illərin sonu 90-cı illərin əvvəllərində o, Şəmkir futbol komandasının sponsoru olmuş, hər il yeni tədris ili ərəfəsində və Novruz bayramı münasibətilə şəhərin dörd məktəbinin ən yaxşı şagirdlərini hədiyyələrlə sevindirmişdir.

Azərbaycanın ən çətin illərində - Qarabağ müharibəsi dövründə - Hafiz İbrahimov həm mənəvi , həm də maddi baxımdan Azərbaycan Ordusuna dəstək olmuşdur . O, xüsusilə 708-ci Ağdam briqadasına və 181-ci Beyləqan briqadasına göstərdiyi yardım ilə xatırlanır.

Hafiz İbrahimov nümunəvi ailə başçısı idi - dörd övladın qayğıkeş atası, doqquz nəvənin sevimli babası . Övladlarının hamısını Vətənə layiq insanlar kimi yetişdirmişdir. O, Yalnız doğmalarının və dostlarının deyil, həm də Şəmkirdə ona ilk dəfə müraciət edən insanların problemlərinə biganə qalmayan həssas bir insan idi.

Hafiz Məmməd oğlu İbrahimovun xatirəsi doğmalarının , qohumlarının , dostlarının və onu tanıyan hər kəsin qəlbində əbədi yaşayacaq .

Allah rəhmət eləsin !

  • Sosial şəbəkədə paylaş