Sizin reklam burada
Sizin reklam burada

Əkiz və üçəmlərin sayı məlum oldu

Əkiz və üçəmlərin sayı məlum oldu
Bu ilin səkkiz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63 698 doğulan körpə qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,3-ə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub.

Doğulan körpələrdən 2152-si əkiz, 78-i üçəm olub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ