Bu dəfə söhbət açacağımız insan özünün müsbət keyfiyyətləri ilə həmişə seçilən vətənpərvər Xeyirxah insan - İş adamı 1965 - ci ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu Xurs kəndində kəndli ailəsində anadan olmuş Yaşar Həbibovdur. Yaşar Həbibov 1973-ci ildə Ordubad rayonu Xurs kəndində orta məktəbə gedib 5-ci sinifdən təhsilini Bakı şəhər Yasamal rayonunda yerləşən Məmməd İsmayıl Cuvarlinski adına orta məktəbdə davam etdirib və 1982-ci ildə oranı bitirib.Yaşar Həbibovun uşaq yaşlarından ürəyində Ulu Öndər Heydər Əliyevə qarşı böyük sevgi və istəyi olub . Onun bu sevgisi təsadüfən Ulu Öndərimiz Heydər Əliyevlə qarşılaşdıraraq görüşdürüb. 1979-cu ilin noyabr ayında Bir gün balaca yaşar məktəbdən evə gedərkən yolda Heydər Əliyevin maşınının dayandığını görüb Heydər Əliyev deyərək ona tərəf gedib Dahi Liderimiz Yaşarın sevinclə ona tərəf getdiyini görüb yanına çağıraraq qucaqlayıb üzündən öpüb.O vaxtdan Yaşarın ürəyində Ulu Öndərə olan sevgisi dahada artmağa başlayıb.
İllər keçir Yaşar Həbibov orta məktəbi bitirdikdən sonra Pribaltikaya hərbi xidmətə gedir . Hərbi xidmətdə olarkən Heydər Əliyevin Dahi şəxsiyyət olduğunu hiss edir , Heydər Əliyev Moskvada yüksək vəzifədə işlədiyi dövrlərdə Azərbaycanlı əsgərlərə böyük diqqət və qayğı göstərilib.
Yaşar Həbibov Hərbi xidmətdən qayıtdıqdan sonra 1986-cı ildə Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnistutuna daxil olub.1987-ci ilin yaz imtahan sesiyasından sonra o vaxtlar tələbələri məcburi olaraq Rusiyanın müxtəlif şəhərlərinə Tələbə İnşaat dəstələri aparılırdı . Yaşar o vaxt bu inşaat dəstələrindən imtina edib , Rusiyada gedib işləməkdənsə öz elimdə , öz obamda işləyərəm deyib getməkdən etiraz edib .Bütün çətinliklərə baxmayaraq İnistutun Komsomol Komitəsinin katibi olan Əli Mehdiyevin köməkliyi ilə həmin ili 28 nəfər , ikinci il isə 32 nəfər tələbəni Naxçıvan Muxtar Respublikasına göndərməyə nail olub.
İnistutda oxuduğum dövrlərdə Ulu Öndərlə bağlı mühazirələr oxuyub, çıxışlar edirdim . Hətta İnistutun rektoru Raul Qədimov mənim dediklərimi təsdiqləyib və mənə dəstək olub .
Yaşar Həbibovun yaddaşında qalan ən ağır günlərdən biridə 1988-ci ildə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov təyin olunduqdan sonra Gəncəyə ilk gəlişində onun tərəfdarları Heydər Əliyevin portretlərini yandırmağa başlayıblar , Əliyevin portretlərinin yandığını görən Yaşar Həbibov kostyumu ilə söndürərək qaldığı yataqxanaya aparıb və öz çarpayısında başının üstündən asıb.
Yaşar Həbibovun dedikləri : Vəzirov Gəncədə iclas keçirəndə Ulu öndərimizin şəkillərinin yandırılmasına görə 3 inistutu ayağa qaldıraraq etiraz mitinqlərinə başlayıb. Həmin illərdə Heydər Əliyev ruhunda yetişdirdiyim Şəlalə adlı tələbə yoldaşım mənə yaxından kömək edərək yazdıqlarımı ictimayətə çatdırdı . İlk dəfə Gəncədə Heydər Əliyevin plokatı ilə meydanlara çıxan mən oldum və 1991-ci ildə 10 minə qədər Heydər Əliyev sevənlər tələbə və müəllim ordusu yığmışdım . Bütün bu işlərdə mənimlə çiyin - çiyinə çalışan həm tələbə yoldaşım , həmdə ailəvi dostum olan Həsənəli Abbasov oldu.
Mən yanmış şəkilləri inistutu bitirəndə otaq yoldaşım olan Asəf Urşanova həvalə edib çıxdım.
Həmin yanmış şəkillərin bir qismini Asəf Urşanov Tarix Yaradan Şəxsiyyət kitabında dərc etdirib.
Sumqayıt hadisələrindən sonra Sumqayıt Naxçıvan avtobusu ilə Naxçıvana gedərkən avtobusda gənc oğlan və qızların olmasına baxmayaraq İrəvan şəhərində Erməni terroristlərinin təzyiqlərinə məruz qaldıq. Bu hadisələrdən sonra Gəncəyə qayıdıb 250 nəfərin pasport imzası ilə Moskvaya teleqrama vuraraq , Gəncə - Naxçıvan reysinin açılmasına nail oldum.
Heydər Əliyevə olan sevgim orta məktəbdən başlamışdı və inanırdım ki , bir gün gələcək Azərbaycanın xilaskarına cevriləcək DAHİ LİDER.
Mən bütün çətinliklərə baxmayaraq Gəncədə oxuduğum illərdə ilk Heydər Əliyev Siyasi məktəbini yaratdım.
1983-cü ildə Heydər Əliyev Moskvaya yüksək vəzifəyə gedəndə Qafqaz Ulduzu Kremildə Parladı öz sevincimi bu cür ifadə etməyə başladım.
Ali məktəbi bitirdikdən sonra 7 il Naxçıvanda Ekologiya Nazirliyində işləmişəm . 10 il Bist sovetliyində bələdiyyə sədri , uzun illər 5 kəndin məntəqə sədri olmuşam. Muxtar Respubilkada ilk ailə təsərrüfatını yaradanlardan biri mən olmuşam.Muxtar Respubilkada keçirilən festivallarda çıxartdığım məhsullara görə 1-ci və 2-ci yerlərə qalib gəlmişəm.Ekologiya Nazirliyində işlədiyim vaxtlarda Əshabi-kəhf- Duzdağı ətrafında rəhbərliyim altında yaşıllıqlar salınıb .
Əməkdar Kənd Təsərrüfatı işçisi fəxri adına layiq görülmüşəm.
Bütün ailə üzvülərim Yeni Azərbaycan Partiyasının üzvüdür və bununlada fəxr edirik - qürur duyuruq .
1 oğlum ,2 qızım , 4 nəvəm var. Övladlarımı vətənpərvər ruhda böyütdüyümə görə oğlum hərbi sənətini seçdi.
Bizdə Qanunpress.com redaksiyasının bütün kollektivi adından Yaşar müəllimin Ulu Öndərimizə olan bu sevgisinə görə çox sağol deyir və gələcək işlərində uğurlar arzulayırıq . Hörmətli Yaşar müəllim həqiqətəndə hər cür təzyiqlərə baxmayaraq sizin vətən qarşısında etdiyiniz xidmətlər unudulmazdır.
