Sizin reklam burada
Sizin reklam burada

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı



Gürcüstan həbsxanalarında 101 Azərbaycan vətəndaşı saxlanılır.
APA xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
Həbsdə olan Azərbaycan vətəndaşlarından 12-si qadın, 89-u isə kişidir. 1 nəfər həddi buluğa çatmayan oğlandır.
Azərbaycan vətəndaşlarından 19-na qarşı ittiham irəli sürülüb, 82-si barəsində isə hökm oxunub.
Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 51 nəfər təşkil edib. Onlardan 21-i Tbilisidə, 16-sı Kvemo-Kartlidə (Borçalı), 3-ü Kaxeti, 11-i isə Acarıstan-Quriya bölgəsindədir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ